Bu qış istiliyə görə nə qədər pul ödəyəcəyik? – Açıqlama
“İstilik xidmətləri və isti su xidmətlərinin qiymətləri müvafiq dövlət qurumu-yəni Tarif Şurası tərəfindən tənzimlənir. Ona görə də hansısa xidmətlərin qiymətlərinin artırılması məsələsi “Azəristilktəchizat” ASC-nin səlahiyyətinə aid deyil”.
Bu fikirləri son günlər isti su xidmətlərinin qiymətlərinin artacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı səsləndirib.
“Qərb Xəbər“in məlumatına görə “Bizim.Media”ya açıqlamasında o, bildirib ki, qurum özünün müvafiq uçotlarını bütün aidiyyatı qurumlarla paylaşır:
“Ancaq “Azəristiliktəchizat” ASC tariflərin artırılması ilə bağlı heç bir müraciət etməyib”.
Qeyd edək ki, noyabrın 1-dən etibarən dağ rayonlarında, noyabrın 15-dən isə Bakı şəhərində qış rejiminə keçilir. Məhz, bu gündən başlayaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan çoxmərtəbəli binalara, məktəblərə, körpələr evi- uşaq bağçalarına və digər xüsusi əhəmiyyətli binalara istiliyin verilişinə başlanılacaq.




