Mədəniyyət

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

24 aprel / 08:25 1 dəq
66280466eab9f66280466eaba0171389859866280466eab9d66280466eab9e
24 aprel / 08:25
Burada sizin reklamınız ola bilər

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.

Qerbxeber.com mükafatın rəsmi saytına istinadən xəbər verir ki, qısa filmlər üzrə bu il 11 ölkədən namizəd iştirak edəcək.

Bunlar Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dir.

Festivalda Azərbaycanı rejissor Azər Quliyev “Sanki yoxsan” filmi ilə təmsil edəcək.

Müsabiqənin əsas mərhələsində 4 420 film arasından seçilmiş 11 qısametrajlı film təqdim olunacaq.

Qısametrajlı film üzrə “Qızıl palma budağı”nın qalibi mayın 25-də elan olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər