Siyasət

“Bu iki adamdan danışmağa embarqo qoyulmalıdır”

11 sentyabr / 13:07 1 dəq
Fe0e245b696e37d373aef3528541c10f
11 sentyabr / 13:07
Burada sizin reklamınız ola bilər

“Bu iki adamdan danışmağa embarqo qoyulmalıdır”.

Bu sözləri hazırda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib:

“Müxlaifət deyir ki, Heydər Əliyev Qarabağı verib. İqtidar deyir ki, Əbülfəz Elçibəy. Bu adamlardan danışmağa embarqo qoymalıyıq. Çünki erməni də deyir ki, özləri veriblər də. Bu, ümummilli məsələdir”.

N.Cəfəroğlu eyni zamanda bildirib ki, ölkədə azğın məmurlara qarşı mübarizə aparılmalıdır: “Onlar prezidentin apardığı yaxşı işlərə kölgə salırlar. Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın getsin də onları. Onlar üzündən ölkəmizə söz deyilməsin”.

Paylaş
Burada sizin reklamınız ola bilər