Kateqoriyasız

Bu gündən ali məktəblərə qeydiyyat başlayıb

7 sentyabr / 11:33 1 dəq
Ad5c7b38 0369 3986 ad31 6f818dcc4628
7 sentyabr / 11:33
Burada sizin reklamınız ola bilər

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılır.

Təhsil Nazirliyinin məlumatına görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər