Indir 2025 05 14t121549.933
Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir
Elnur123
Sağlam arıqlamaq üçün nələr etməliyik?- Nutrisoloq Elnur Nemətov-FOTO
Indir 2025 05 14t102455.579
Göyəzən böyük hesablı qələbə qazandı
Images (81)
PKK özünü ləğv etdi
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Bu gün Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

2 il ago
A A
A1a6b809 9bec 31cd be78 957adc03c9e0

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

“Qərb Xəbər” məlumat verir ki, iclas məhdud tərkibdə – yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə – nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.

Gözlənildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
Şuranın iclası “Ala-Arça” (“Rəngli ardıc”) dövlət iqamətgahında keçiriləcək. İqamətgah Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində, mənzərəli yerdə yerləşir. Bir qayda olaraq, Bişkekdə yüksək səviyyəli xarici qonaqların iştirakı ilə bütün tədbirlər məhz bu iqamətgahın ərazisində keçirilir.

Dövlət başçıları cari ildə qarşılıqlı fəaliyyətin yekunları barədə danışacaq və gələcək üçün əsas vəzifələri müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Ənənəvi olaraq, ticarət və investisiya tərəfdaşlığının inkişafına böyük diqqət yetiriləcək.

İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir. Görüşdən sonra Japarov və MDB-nin baş katibi Sergey Lebedev mətbuata bəyanatlarla çıxış edəcəklər.
İmzalanacaq sənədlər arasında MDB-də Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə riskin qiymətləndirilməsi üzrə beynəlxalq mərkəzin formalaşdırılması haqqında saziş, 2024-2028-ci illər üçün cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər dövlətlərarası proqramı, məhkəmə ekspertizası sahəsində MDB-nin Koordinasiya Şurasının formalaşdırılması haqqında saziş də var.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Səfərin ilk günündə İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.

Son xəbərlər

Mn1

Müdafiə Nazirliyindən -XƏBƏRDARLIQ

14 May 2025
Indir 2025 05 14t130746.114

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

14 May 2025
Trump Tramp

Ağ ev rəhbəri: İranla razılaşa bilərəm, bu şərtlə

14 May 2025
Indir 2025 05 14t124408.401

Ər-Riyadda Körfəz-ABŞ sammiti keçirilir

14 May 2025
Indir 2025 05 14t121549.933

Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

14 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.