İqtisadiyyat

Bu gün Qazaxda qazın verilişində fasilələr olacaq

3 oktyabr / 11:38 1 dəq
Cdf6a04e 6dcb 4091 b8f2 84a2c2b66973
3 oktyabr / 11:38
Burada sizin reklamınız ola bilər

Bu gün ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bilidirilir ki, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə SOCAR-ın Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər