Hadisə

Bu gün Ay tutulması baş verəcək

28 oktyabr / 08:55 1 dəq
Images 2023 10 28T085521.667
28 oktyabr / 08:55
Burada sizin reklamınız ola bilər

Bu gün ilin ikinci Ay tutulması baş verəcək.

“Qərb Xəbər” məlumat verir ki, bu, qismən Ay tutulması olacaq.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Təbii hadisənin maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər