Dünya

Bryus: Çin əsgərlərinin əsir düşməsi bizi narahat edir

9 aprel / 09:18 1 dəq
Abş dövlət departamenti
9 aprel / 09:18
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti Çin əsgərlərinin Ukraynada əsir düşməsi ilə bağlı məlumatı şərh edib.

Qerbxeber.com “The Independent”ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Temmi Bryus mətbuat konfransında danışıb.

“Çin əsgərlərinin əsir düşməsi bizi narahat edir. Bizə, Ukraynanın Rusiyanın tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürdüyü barədə məlumat daxil olub. Çin, Ukraynada baş verən müharibədə Rusiyanın əsas müttəfiqidir”, – Bryus qeyd edib.

Onun sözlərinə görə, Çin Rusiyanın müharibəni davam etdirmək üçün ehtiyac duyduğu ikili təyinatlı maddələrin təxminən 80 faizini təmin edir.

Paylaş
Burada sizin reklamınız ola bilər