Photo 5298543511051825965 y
Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə
Photo 5294453100163233178 y
Xəyal Qarayevdən tövsiyələr – Arıxananın köçə hazırlanması
Photo 5294218749567694401 y
Novella Cəfəroğlu -Qadınların dövlət vəzifələrinə az təyin olunması məni narahat edir
250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Böyük dayaq” filmi bu evdə çəkilib – Foto + Video

6 il ago
A A
419744957

"Böyük dayaq" filminin çəkildiyi ev

Azərbaycan kinematoqrafiyasında xalqımızın mədəniyyətini, ailə-məişət münasibətlərini özündə qabarıq şəkildə göstərən ekran əsərlərindən biri də 1962-ci ildə Həbib İsmayılovun rejissorluğu ilə ərsəyə gələn “Böyük dayaq” filmidir. Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkilən ekran əsərində dövrün siyasi və əxlaqi xüsusiyyətləri müqayisəli şəkildə göstərilərək tərbiyəvi formada işlənib.

Böyük dayaq filmi bu evdə çəkilib

Lakin çox az adama məlumdur ki, bu ekran incisinin əsas hissələri, baş verən hadisələr Tovuz rayonunda lentə alınıb. Müxbirimiz filmin çəkildiyi evi ziyarət edərək çəkilişin canlı şahidləri ilə tanış olub.

Film, hazırda rayonun Əhməd Cavad küçəsi 122 ünvanında yerləşən, bir vaxtlar Bəhram Məmmədovun sahib olduğu evdə çəkilib. Rejissorun 60-cı illər kolxoz sədrlərinin evlərində görmək istədiyi detalları axtarması onu paytaxtdan 400 km uzağa, Tovuz rayonuna gətirib. Və o, xırda dəyişikliklər apararaq filmin burada çəkilməsinə qərar verib.

Elbrus Aslanov

Çəkilişlərin canlı şahidi, 68 yaşlı rayon sakini Elbrus Aslanov bütün ev səhnələrinin, əsas personajlar olan Qaraş və Tamillanın toyunun da bu həyətdə lentə alındığını bildirib.

Həmin vaxtlar 16 yaşlı yeniyetmə olan E.Aslanov yadında qalanları belə nəql edib: “Biz kiçik olduğumuzdan çəkilişlərdə iştirak etmirdik. Toy məclisində 7-8 aktyor və aktrisadan başqa, hamısı qonşular idi. İyul ayı çox isti olduğundan çəkilişlər gecə aparılırdı. Güclü işıqlarla bütün həyət işıqlandırılmışdı. Çox adam nabələd olduğundan artıq hərəkət olan kimi rejissor yuxarıdan qışqırırdı, əsəbləşirdi. Dubl dublun arxasınca çəkilirdi. Elə olurdu, 1 səhnə 9-10 dubla başa gəlirdi”.

Rafiq Qasımov nəvəsi ilə

Bu səbəbdən çəkilişlərin 2 gecəyədək uzandığını deyən həmsöhbətimiz məclisdə verilən yeməklərlə bağlı bir sirrin də üstünü açıb: “Toyda plov və kabab verilirdi. Kabab bir dəfə bişib 2 gün stollara gedib gəldi. Çəkiliş dayananda soyuducuya qoyurdular ki, iyləməsin. Plov isə, demək olar, bircə qab idi. Digər qabların hamısının altına taxta yonqarı töküb üzünü plovla bəzəmişdilər”.

Böyük dayaq filmi bu evdə çəkilib

Böyük dayaq filmi bu evdə çəkilib
Böyük dayaq filmi bu evdə çəkilib

E.Aslanov əsərin müəllifi Mirzə İbrahimovun, sanki çəkilişlərin aparıldığı “Nizami” kolxozunun gələcək tarixini qələmə aldığını deyir: “Çəkilişlər rayonun ən inkişaf etmiş “Nizami” kolxozunda aparılırdı. Həmin vaxt oranın real sədri Məmmədəli Əliyev idi. Filmdə baş verən hadisələr sonradan kolxozda eynilə təkrarlanmağa başladı. Nəticədə filmdə Ələsgər Ələkbərovun ustalıqla canlandırdığı Rüstəm kişi obrazının başına gələnlər olduğu kimi Məmmədəli Əliyevin də başına gəldi. Qoyun fermasında olan çatışmazlıqlar səbəbindən sədr həbs edildi”.

https://www.youtube.com/watch?v=OeZPuaJdK_Y

R.Qasımov bu gün də filmə nəvələri ilə birgə baxdığını, səhnələrin harada çəkildiyini onlara da göstərdiyini söyləyib.Maraqlı hadisələrə şahid olmuş evin hazırkı sahibi Rafiq Qasımovun ailəsi filmin ərsəyə gəlməsindən bir il sonra buraya köçüblər. Ev sahibi, çəkilişlərdən 50 ildən çox vaxt keçməsinə baxmayaraq, binada kosmetik işlərdən başqa əsaslı dəyişikliklər aparmamağa çalışdığını deyib.

https://www.youtube.com/watch?v=IWcnAepaKe4

Source: sputnik

Son xəbərlər

Photo 5298543511051825965 y

Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə

23 May 2025
Indir 2025 05 23t163741.765

“Anadolu Ankası – 2025” təlimi başa çatıb – VİDEO

23 May 2025
Indir 2025 05 23t163443.398

İran-ABŞ danışıqları başlayıb

23 May 2025
Indir 2025 05 23t152152.141

Gürcüstana Aİ-ın nümayəndəliyinin üzvülərini ölkəyə girişinə icazə verilməyib

23 May 2025
Indir 2025 05 23t145940.615

9-cu siniflərin aprelin 13-də baş tutan buraxılış imtahanının nəticələri bu gün yekunlaşa bilər

23 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.