Bölgə xəbərləri

Böyük Britaniyanın naziri istefa verib

25 oktyabr / 17:32 1 dəq
2b81e86c 9ce1 38cc ab3c a54c056fddbc
25 oktyabr / 17:32
Burada sizin reklamınız ola bilər

Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlaması ilə Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib.

Kanalın məlumatına görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər.

Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər