Böyük Britaniyanın keçmiş şahzadəsi polis tərəfindən saxlanıldı
Böyük Britaniya polisi,Birləşmiş Kralğın keçmiş şahzadəsi, Kral Çarlzın qardaşı, Endryu Mountbatten-Vindsoru saxlayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Kralın qardaşı Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Cefri Epşteyn ilə gizli məlumatları paylaşmaqda ittiham olunur.
Polis keçmiş şahzadənin həbs olunduğunu, Berkşir və Norfolkdakı ünvanlarda axtarış aparıldığını açıqlayıb.




