Dünya

Boris Pistorius: 2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq

6 iyun / 08:19 1 dəq
Indir 2024 06 06T081841.921
6 iyun / 08:19
Burada sizin reklamınız ola bilər

“2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq”.

Qerbxeber.com “Aussiedlerbote” portalına istinadən xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışında deyib.

O bildirib ki, bu məqsədlə ordunun döyüş hazırlığı səviyyəsi daha da yüksəldilməlidir.

Nazir həmçinin Almaniyada müddətli həqiqi hərbi xidmətin yenidən tətbiqini istisna etməyib:

“Regionda vəziyyətin daha da gərginləşməməsi üçün 2029-cu ildə müharibəyə hazır olmalıyıq. Bu məqsədə nail olmaq üçün həlledici məqam maliyyə resursları, müvafiq silah-sursat, eləcə də yüksək döyüş hazırlığı səviyyəsinə malik şəxsi heyətin olması vacibdir. Bu məqsədlə 2011-ci ildən ləğv edilən müddətli həqiqi hərbi xidmət yaxın vaxtlarda yenidən tətbiq oluna bilər”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı