Dünya

Banqladeşdəki etirazlarda 105 nəfər öldürülüb, ordu şəhərlərə nəzarəti ələ keçirib

20 iyul / 09:55 1 dəq
4e52a7a6 d421 35f6 927e 068a56afbad7
20 iyul / 09:55
Burada sizin reklamınız ola bilər

Banqladeş hakimiyyəti komendant saatı başlayandan sonra Dəkkə və ölkənin digər şəhərlərinə hərbi hissələrin daxil edildiyini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, tələbə etirazçılarla polis arasında toqquşmalar zamanı azı 105 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Banqladeşin baş naziri Şeyx Hasinanın sözçüsü Naimul İslam Xanın sözlərinə görə, hökumət komendant saatı tətbiq etmək və mülki hakimiyyətə yardım üçün silahlı qüvvələri göndərmək qərarına gəlib.

Banqladeşdə etirazlar bu ay ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə müstəqillik uğrunda döyüşənlərin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Onlar ayrı-seçkilik hesab olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər