Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi Qəzza zolağında 142 əməkdaşının həlak olduğunu bildirib.
“Qərb Xəbər” məlumat verir ki, müvafiq bəyanat qurumun X sosial şəbəkəsində yerləşdirilib.
“Ehtiyacı olan insanlara yardım göstərmək üçün bölmələrimiz mümkün olmayan işləri görür. Qəzzadakı agentlik həmkarlarının əksəriyyəti ailələri ilə birlikdə vəfat edib. Biz 142 nəfərin ölümünə yas tuturuq”, – bəyanatda vurğulanıb.