Dünya

BMT: 2 milyon qəzzalı humanitar yardıma möhtacdır

21 aprel / 08:23 1 dəq
Indir 2025 04 21t082223.149
21 aprel / 08:23
Burada sizin reklamınız ola bilər

Qəzza zolağında humanitar böhran daha da dərinləşir.

Qerbxeber.com xəbər verir ki, bu barədə BMT sistemi çərçivəsində Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

Məlumata gğrə, təxminən 2 milyon insan, əsasən məcburi köçkünlər, hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını tamamilə humanitar yardımla qarşılayırlar.

BMT-nin məlumatına görə, Qəzzada ərzaq ehtiyatları sürətlə azalır və əsas həyat təminatı resurslarının kəskin çatışmazlığı müşahidə olunur. Bu vəziyyət, İsrailin sərhəd keçidlərini bağlaması nəticəsində daha da pisləşib, bu da mühasirədə olan əraziyə həyati əhəmiyyətli ərzaq məhsullarının çatdırılmasına mane olur.

Paylaş
Burada sizin reklamınız ola bilər