ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə gəlib.
Bu barədə Globalinfo.az “AFP” nəşrinə istinadən xəbər yayıb.
Məlumata görə, təyyarə yerli vaxtla saat 20:14-də eniş edib.
Blinken Ankaraya endikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün dərhal yola düşüb.
Blinken və Ərdoğanın Bəşər Əsədin devrilməsindən sonra Suriyanın mövcud vəziyyətini müzakirə edəcəkləri gözlənilir. Eyni zamanda Qəzzadakı atəşkəslə bağlı da fikir mübadiləsi aparılacaq.