Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

“Biz yeni administrasiyaya Gürcüstanla bağlı çox sərt bir siyasət miras qoyuruq” – Karpenter

17 yanvar / 23:08 2 dəq
Karpenter ABŞ
17 yanvar / 23:08
Burada sizin reklamınız ola bilər
“Düşünürəm ki, biz yeni administrasiyaya Gürcüstanla bağlı çox sərt bir siyasət miras qoyuruq”.

Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Carpenter “Amerikanın Səsi”nə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, sonda öz taleyini müəyyən etmək gürcü xalqının üzərinə düşür.

“Düşünürəm ki, biz yeni administrasiyaya çox sərt bir siyasət miras qoyuruq. Biz bütün yardımları dayandırdıq, o cümlədən 95 milyon dollardan çox dəstəyi dayandırdıq. Biz Gürcüstan hökumətinin çoxlu sayda rəsmisini antidemokratik fəaliyyətlərdə iştirak etdiklərinə görə sanksiyalaşdırdıq ki, bu da etirazlara və vətəndaş cəmiyyətinin sıxışdırılmasına aid idi. Biz bu repressiyaların əsas memarlarını, o cümlədən Bidzina İvanişvilini sanksiyalaşdırdıq. O, yalnız daxili məsələlərdə deyil, həm də xarici siyasətdə əsas qərar qəbul edənlərdən biridir və Gürcüstanın xarici siyasəti getdikcə Rusiya və Çin xarici siyasətinə bənzəyir. Beləliklə, biz yeni komandaya bu administrasiyadan çox müxtəlif tədbirlər toplusunu ötürdük. Sonda isə öz taleyini müəyyən etmək, əlbəttə ki, gürcü xalqının üzərinə düşür”, – deyə Maykl Carpenter qeyd edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı