Dünya

Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı soyqırımı iddiası üzrə qərarını elan edib

26 yanvar / 17:29 2 dəq
65b3aef08b54765b3aef08b548170627454465b3aef08b54565b3aef08b546
26 yanvar / 17:29
Burada sizin reklamınız ola bilər

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı soyqırımı iddiası üzrə müvəqqəti qərarını açıqlayıb.

“Qərb Xəbər” BBC-yə istinadən xəbər verir ki, məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların “ağlabatan səviyyədə sübuta yetirildiyi” qərarını verib.

BƏM İsraildən Qəzza zolağında soyqırımı törədilməsinin qarşısını almaq üçün bütün tədbirləri görməsini tələb edib.

Bununla belə, məhkəmə CAR-ın dərhal atəşkəs tətbiq edilməsi istəyi ilə razılaşmayıb.

Qeyd edək ki, BƏM-in qərarı müvəqqəti xarakter daşıyır və iş üzrə yekun qərarın qəbul edilməsi bir neçə il çəkə bilər.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı soyqırımı iddiasına baxmağa başlayıb.

İş üzrə İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər