Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Bakı məntiqli davranır, qalib ədası ilə, 8 kənd… – Demoyan

24 noyabr / 15:56 3 dəq
Qazax xerite1 (2)
24 noyabr / 15:56
Burada sizin reklamınız ola bilər

Azərbaycanın davranışı hərbi, hərbi-texniki və iqtisadi üstünlüyə malik olan qalib tərəfin məntiqinə tam uyğun gəlir.

“Qərb Xəbər” məlumat verir ki, bu sözləri erməni politoloq Ayk Demoyan deyib.

O, Azərbaycanın vaxtaşırı Ermənistanı sülh prosesini ləngitməkdə və destruktiv mövqe sərgiləməkdə ittiham etməsi, eyni zamanda işğal altında olan 8 kəndi tələb etməsi haqda danışarkən bildirib ki, Bakı öz üstünlüyündən istifadə edərək, qarşı tərəfdən mümkün qədər çox güzəşt qoparmaq istəyir.

Demoyanın fikrincə, Ermənistan “birinci müharibədəki qələbəsi”ndən istifadə etmədi, səhvlərə yol verdi, özü üçün fəlakətlə nəticələnən proseslərə qoşuldu:

“Azərbaycan isə bu səhvləri etmək istəmir və tam başqa yolla getməyə çalışır. Nə qədər ki, Ermənistandan maksimum güzəşt almaq imkanı var, o, təzyiqlərdən əl çəkməyəcək. Ona görə də Bakı danışıqlar zamanı istənilən manipulyasiyaya tab gətirə, İrəvanı destruktiv mövqedə ittiham edə, Tavuşdakı anklavları – 8 kəndi tələb edə bilər. Nə qədər ki, Azərbaycan Ermənistandan başqa nəsə ala biləcəyinə inanır, sülhdə maraqlı olmayacaq”.

Ekspertin fikrincə, Ermənistanın mövqeyi daha “əsəbi” görünür:

“Hakimiyyət dayanmadan sülh gündəmindən bəhs edir, ərazilərlə bağlı hansısa rəqəmləri, sülh müqaviləsinin imzalanması imkanları ilə bağlı hansısa faizləri səsləndirir. Ermənistanın Azərbaycana qarşı heç bir təbliğat tədbiri yoxdur”.

Demoyan iddia edib ki, Azərbaycan öz siyasətini – “hərbi təcavüzünü” informasiya hücumları ilə fəal surətdə tamamlayır:

“Qorxuram ki, informasiya müharibəsi alətlərindən istifadə etməmək son nəticədə hərbi və hərbi-texniki vasitələrin effektivliyini şübhə altına alsın. Yəni Ermənistan nə qədər silahlansa da, orduda islahat aparsa da (bu, reallığa nə qədər uyğundur, ayrı mövzudur), bütün bunlar informasiya komponenti olmadan yarıtmaz olacaq”.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı