ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollara yaxın əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.
“Qərb Xəbər” bildirir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. Məlumata əsasən, Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyindən müdafiə məhsulları və xidmətləri, hərbi təlim və təhsil üçün 400 milyon dollara qədər vəsait ayırmaq səlahiyyəti verib.
Rəsmi Vaşinqtonun Kiyevə hansı silahları göndərəcəyi açıqlanmayıb.