Ağstafa

Bakı-Ağstafa-Bakı marşurutu üzrə əlavə qatar reysi təyin olundu

1 yanvar / 22:24 1 dəq
Qatarr
1 yanvar / 22:24
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət Ekspres sürət qatarını əlavə reysə cəlb edib.

Qerbxeber.com  məlumatına görə, yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.

Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, – məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər