QHT Xəbər

Bərdədə aşıq festivalı keçirilib

20 aprel / 16:41 2 dəq
20 aprel / 16:41
Burada sizin reklamınız ola bilər
Bərdədə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan gənclərin iştirakı ilə Qarabağ Aşıq Festivalı keçirilib.
“Bölgənin Səsi” xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Ulu Sənətin Sehrində” Qarabağ Aşıq Festivalı layihəsi çərçivəsində keçirilən festivalın əsas məqsədi Bərdə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılmasıdır. Layihə çərçivəsində gənclər məşqlər keçərək festivala hazırlaşıb və Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində Festivalda iştirak ediblər. Festivalda gənclərlə yanaşı Bərdə rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi, Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı Musiqi Məktəbinin, 4 saylı Uşaq İncəsənət Məktəbinin rəhbərliyi, müəllim kollektivi və valideyinlər iştirak edib. Festivalda gənc aşıqların ifasında aşıq havaları, gözəlləmələr və eləcə də xalq mahnıları ifa olunub və ölkəmizin gözəllikləri vəsf edilib.
Layihə rəhbəri Hicran Əliyevanın qeyd etdiyi kimi, gənclər 3 məşq dərsi keçən gənclər Qarabağın tək muğam musiqi deyil, həmçinin saz sənətinin beşiyi olduğunu sübut etməyə çalışıblar. İki hissədən ibarət olan festivalın bədii hissəsi başa çatdıqdan sonra qonaqlardan Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru, 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı musiqi məktəbinin və 4 sayl Uşaq İncəsənət Məktəbinin saz ixtisas müəllimləri, çıxış etmiş və aşıq havasının tarixindən, ulu sənətin qüdrətindən danışıb və gənclərə uğurlar arzu ediblər. Sonda iştirakçılara festivalda iştiraklarına görə diplomlar təqdim edilib və xatirə şəkilləri çəkilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər