Kateqoriyasız

İlham Əliyev AZAL-a yeni vitse-prezident təyin etdi

24 fevral / 18:45 1 dəq
Samir rza
24 fevral / 18:45
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub.

 

“Qərb Xəbər” AZAL-a istinadla, məlumat verir ki,  QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib.

Samir Rzayev dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

AZAL prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər