Kateqoriyasız

Azərbaycanın şəhid sərhədçisi dəfn edilib

8 yanvar / 12:26 1 dəq
A01c1085 bb29 44e0 85d6 96d89bd62118
8 yanvar / 12:26
Burada sizin reklamınız ola bilər

Azərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, şəhidin nəşi torpağa tapşırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər