Hadisə

Azərbaycanın Müdafiə Naziri Özbəkistanda rəsmi səfərdədir

19 oktyabr / 09:44 1 dəq
0451354b8f3728a6333b21c6ee93a18b
19 oktyabr / 09:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər