İqtisadiyyat

“Azərbaycanın 9 iqlim balı” adlı marka yaradılacaq

28 avqust / 17:09 1 dəq
E42f69e1 7212 47c3 be77 e7602fd3492a
28 avqust / 17:09
Burada sizin reklamınız ola bilər

“Almaniya Azərbaycanın 9 iqlim qurşağına uyğun bal ixrac etmək istəyir”.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, Almaniyadan gələn iş adamları Azərbaycanda 9 tip iqlim balı adlı marka yaradılması istiqamətində iş aparır: “Azərbaycan 9 iqlim qurşağında yerləşdiyinə görə, hər iqlim qurşağına uyğun 9 tip bal ixrac etmək istəyirlər. Bu istiqamatdə danışıqlar davam edir”.

B.Həsrətov qeyd edib ki, Avropa ölkələri Azərbaycandan heyvan mənşəli qidaların idxalına qadağa qoyub: “Bu məhdudiyyət aradan götürülən kimi biz Avropaya bal ixrac edə biləcəyik. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə görüş keçirmişik. Biz AQTA-dan Avropa ölkələri ilə Azərbaycandan heyvan mənşəli qidaların idxalına məhdudiyyətin aradan qaldırılması üçün danışıqlar aparmalarını xahiş etmişik”.

Paylaş
Burada sizin reklamınız ola bilər