Kateqoriyasız

Azərbaycanın 2783 nəfər hərbi qulluqçusu həlak olub

3 dekabr / 14:37 2 dəq
9d90e24f 4ee8 3a23 8f5e f15cd7ee9b98
3 dekabr / 14:37
Burada sizin reklamınız ola bilər

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

“Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər