Kateqoriyasız

Azərbaycanda sağlam doğuşla əlaqədar həkimlərə bonuslar veriləcək

30 yanvar / 12:17 1 dəq
679b318e74be4679b318e74be51738224014d057b77f0352890e1b5585a9ba46ceb8
30 yanvar / 12:17
Burada sizin reklamınız ola bilər

Tibbi xidmətlərin çeşidinin artırılması ilə bağlı işlər gedir.

Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

İsa Əliyev bildirib ki, məqsəd bu gün xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır: “Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Ana-uşaq sağlamlığı bizim üçün prioritetdir. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək. Bu da həkimləri stimullaşdırılacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər