Kateqoriyasız

Azərbaycanda koronavirusdan sağalanların sayı

23 aprel / 16:43 1 dəq
1b7a92f0 0f57 481c 83c3 b288c4c8d062
23 aprel / 16:43
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Paylaş
Burada sizin reklamınız ola bilər