Kateqoriyasız

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub

14 aprel / 16:44 1 dəq
74211053 12a5 3a7c b2d1 095feb7053d3 850 (1)
14 aprel / 16:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 086, ötən müddət ərzində isə ümumilikdə 3 054 472 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər