Kateqoriyasız

Azərbaycanda daha 1 703 nəfər koronavirusa yoluxub

25 dekabr / 16:49 1 dəq
E6b85669 f0af 364c 8907 c60bf4fe2701
25 dekabr / 16:49
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib. Hazırda 49 103 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, bu günə qədər isə ümumilikdə 2 129 291 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər