Bölgə xəbərləri

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xudavəng monastırını ziyarət ediblər

18 sentyabr / 15:33 1 dəq
66eab3cfa77ce66eab3cfa77d117266574811aca657e217b0bc8aeb8ffd110a68198
18 sentyabr / 15:33
Burada sizin reklamınız ola bilər

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelər bu gün Kəlbəcərə səfər çərçivəsində Xudavəng monastır kompleksini ziyarət ediblər.

Qerbxeber.com  APA-yaistinadən xəbər verir ki, qonaqlar monastır kompleksi və ətraf ərazi ilə yaxından tanış olublar.

Diplomatlara qədim alban məbədi olan Xudavəng monastır kompleksinin tarixi barədə geniş məlumat verilib.

O da diqqətə çatdırılıb ki, erməni işğalı dövründə monastır vandallığa məruz qalıb, işğalçılar Xudavəng monastır kompleksinin zənglərini, freskalarını, xaçdaşlarını, xalçalarını və daş kitabələrini sökərək talan ediblər.
Paylaş
Burada sizin reklamınız ola bilər