Kateqoriyasız

Azərbaycanda 371 yeni yoluxma faktı qeydə alınıb

23 iyul / 18:43 1 dəq
B2baed9a b6d8 3f16 be71 d3b1b945cf42
23 iyul / 18:43
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər