Azərbaycan XİN İsrailə başsağlığı verib DAXİLİ SİYASƏT
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.
“Şərqi Qüdsdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub.




