Bölgə xəbərləri

Azərbaycan XİN: Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib

27 aprel / 14:32 1 dəq
1676179441 ceyhun bayramov
27 aprel / 14:32
Burada sizin reklamınız ola bilər

Xanım nazir çıxışı zamanı dedi ki, Fransa Azərbaycan tərəfindən atılan birtərəfli addımları qəbul etmir. Digər tərəfdən isə, beynəlxalq ədalət məhkəməsinin qərarına istinad da eşitdik.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Birincisi, Azərbaycanın atdığı birtərəfli addıma gəldikdə, öz konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından iki il yarım öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, bayaq dediyimiz o 3 istiqamət üzrə Laçın yolu hər zaman açıqdır”, – nazir vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər