Dünya

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində danışıqları bu gün davam etdirəcək

29 fevral / 11:09 1 dəq
65e01be09512665e01be095127170918601665e01be09512465e01be095125
29 fevral / 11:09
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.

Qerbxeber.com xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb.

Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.

Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.

Paylaş
Burada sizin reklamınız ola bilər