Hadisə

Azərbaycan və Ermənistan arasında imzalanan sənədlər Dövlət Departamenti çap etdi

29 avqust / 22:34 1 dəq
Abs dovlət departamenti
29 avqust / 22:34
Burada sizin reklamınız ola bilər

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib.

Qerbxeber.com xəbər verir ki, sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.

Azərbaycana aid sənədlərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.

https://www.state.gov/wp-content/uploads/2025/08/2025JointDeclaration.AzerbaijanArmenia.pdf

https://www.state.gov/wp-content/uploads/2025/08/2025MOUAzerbaijan.pdf

Paylaş
Burada sizin reklamınız ola bilər