Siyasət

Azərbaycan-Türkiyə hərbi təlimi keçiriləcək

31 may / 12:19 1 dəq
IMG 20190531 ?????????????????????????????????????????????????????????
31 may / 12:19
Burada sizin reklamınız ola bilər

İyunun 7-dən 11-dək Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.

Mod.gov.az-ın 30 may məlumatına görə, təlimə hazırlıq çərçivəsində iki ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi olub.

Əlahiddə Ümumqoşun Ordusunun bayraq taqımı Naxçıvan şəhərindən, Türkiyə Respublikasının bayraq taqımı Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüş edib. Körpüdə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər