Bölgə xəbərləri

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

16 noyabr / 09:18 1 dəq
Müdafiə Nazirliyi
16 noyabr / 09:18
Burada sizin reklamınız ola bilər

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə”Qərb Xəbər”ə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər