Bölgə xəbərləri

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

6 iyul / 11:12 1 dəq
62c5203de8f9762c5203de8f98165708601362c5203de8f9362c5203de8f95
6 iyul / 11:12
Burada sizin reklamınız ola bilər

“Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən bildirir ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.

Təlim toplanışı iyulun 23-dək davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər