Siyasət

Azərbaycan MN: “Erməni silahlıları tərəfindən növbəti təxribata cəhd olunub”

15 oktyabr / 14:04 1 dəq
3b36e7fc 7b43 3165 86cd 0be16929cec8
15 oktyabr / 14:04
Burada sizin reklamınız ola bilər

Oktyabrın 15-də səhər saatlarında erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində Azərbaycan bölmələrinə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan hərbi qulluqçularının sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

“Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır”, – nazirlikdən bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər