Türkiyədə partlayış baş verib
Türkiyədə anestezik qaz istehsalı müəssisəsində partlayış baş verib, iki nəfər ölüb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə Tekirdağ vilayətinin Ergene rayonunda qeydə alınıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Partlayışın səbəbi məlum deyil.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı