Azərbaycan Mərkəzi Bankı: “İnflyasiya ilə bağlı gözləntilər dəyişə bilər”
Bu ilin əvvəlindən Azərbaycanda qiymətlərini (tariflərini) dövlətin tənzimlədiyi bəzi xidmətlərin (məhsulların) bahalaşması ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər.
“Qərb Xəbər” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır”, – deyə AMB bəyan edib.




