Azərbaycan Kuboku: “Qəbələ” ilk yarımfinal matçında “Qarabağ”ı məğlub edib
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Raundun ilk oyununda yarışın sonuncu finalçısı “Qəbələ” Premyer Liqanın lideri “Qarabağ”ı qəbul edib.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Ceyms Adeniyi vurub.
Qeyd edək ki, günün digər yarımfinal matçında “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gələcək. Cavab görüşləri mayın 1-də olacaq.




