Kateqoriyasız

Azərbaycan hərbi qulluqçusu yaralanıb

6 iyul / 20:19 1 dəq
936c23ea 9557 3986 b040 fcd251e5cf2b
6 iyul / 20:19
Burada sizin reklamınız ola bilər

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan Azərbaycan hərbi qulluqçusu baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər