Siyasət

Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edir

14 sentyabr / 17:13 1 dəq
F4e8ba11 ce23 45a3 ad0c fc55477a7ea5
14 sentyabr / 17:13
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər