Dünya

Azərbaycan Avropa çempionu oldu – Güləşçilərimizdən xoş xəbər

6 aprel / 16:24 1 dəq
Güləşçilərimiz
6 aprel / 16:24
Burada sizin reklamınız ola bilər

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

 

“Qərb Xəbər” məlumat verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qərar bir müddət öncə verilib: “Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib”.

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandanmızın baş məşqçisi Firdovsi Umudov olub.

Xatırladaq ki, Rusiyanın aktivindən 9 xal silinib və 58 xala malik Azərbaycan komandası avtomatik olaraq ikinci pillədən birinci sıraya yüksələrək, Avropa çempionu olub. Xalı 53-ə enən Rusiya 3-cü yerə geriləyib. İkinci yeri isə eyni xala malik Türkiyə tutub.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər