Sosial

Azərbaycan əhalisinin sayı 10 milyonu keçdi

20 fevral / 16:55 1 dəq
Ehali
20 fevral / 16:55
Burada sizin reklamınız ola bilər

2025-ci ildə ölkə üzrə əhalinin sayı 37462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 119 nəfər olub.

Paylaş
Burada sizin reklamınız ola bilər