Azərbaycan ərazisində antiterror tədbirləri başlayandan bəri kiberhücumların aktivliyi artıb.
“Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev “Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023″ tədbirində çıxışı zamanı bildirib.
O deyib ki, ötən iki gün ərzində bir çox sistemə olan hücumların aktivliyi artıb: “Xüsusilə DDoS, fişinqlərlə bağlı kifayət qədər hücumlar qeydə alınıb”.