Azərbaycana bahar gəlib
Azərbaycanda yaz fəsli başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, yaz fəsli Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01:58-də daxil olub.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı